Ermənistanın qurduğu təxribatlar tamamilə anlaşılmazdır -

"İkinci Qarabağ müharibəsinin sonunda Azərbaycanla imzalanan razılaşmadan sonra Ermənistanın qurduğu təxribatlar tamamilə anlaşılmazdır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Metbuat.az-a İslamabadda yaşayan qlobal gənc fəal Qaiser Nəvab bildirib. O, bunu Azərbaycanla dövlət sərhədinin Kəlbəcər, Naxçıvan hissələrində erməni təxribatlarından danışarkən deyib. Onun sözlərinə görə, erməni qoşunlarının bu cür pozuntularına beynəlxalq ictimaiyyət və təşkilatların ciddi diqqət yetirməli olduğunu deyib.

Onlar hələ də münaqişəyə yeni tərəfdaşlarmı axtarırlar? İrəvan aydın şəkildə başa düşməlidir ki, suveren ölkə olan Azərbaycanın torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri təxribatçı siyasətin zamanı keçib. Biz, dünyanın gənc liderləri, erməni qoşunları tərəfindən bu beynəlxalq qanunların pozulmasını şiddətlə qınayırıq” deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR