x
Loading...
.

Tokio-2020: Ən çox medal qazanan ölkələr

Xəbər verdyimiz kimi, 23 iyul tarixində başlayan Tokio-2020 oyunları avqustun 8-də başa çatıb.

Metbuat.az xəbər verir ki, bu idman oyunlarına dünyanın bir çox ölkələri qatılıb. Ümumilikdə oyunlarda ən çox medal qazanan ölkələr isə bunlardır:

ABŞ Tokio -2020-dən cəmi 98 medal qazanıb. Onlardan 31-i qızıl, 36 gümüş, 31-i isə bürünc medaldır. Çin bu oyunlarda 79 medal qazanıbsa, onlardan 36-sı qızıl, 26-sı gümüş, 17-si isə bürünc medaldır. Rusiya da Tokio-2020-dən 62 medalla qayıdıb. Belə ki, idmançılar 17 qızıl, 23 gümüş, 22 bürünc medal qazanıblar.

Böyük Britaniya Tokio-2020-dən 18 qızıl medalla qayıdıb. bundan başqa, bu ölkənin 20 gümüş, 20 bürünc medalı var. Yaponiyaya gəldikdə isə ümumilikdə 51 medal qazanıb. Bu medallardan 24-ü qızıl, 11-i gümüş, 16-sı bürünc medaldır. Bundan başqa Avstraliya 44 ,İtaliya 38, Almaniya 36, Niderland 31, Fransa 27 medal qazanaraq ilk onluğa düşüblər.

Qeyd edək ki, ölkəmizinin 44 idmançı ilə qatıldığı oyunlardan 3 gümüş, 4 bürünc medal əldə edilib.

Gülər Seymurqızı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR