İtaliyada "Rise from the ashes" adlı beynəlxalq tədbir keçiriləcək

Sentyabr ayında İtaliyanın Venesiya şəhərində San Clemente adasında dünyanın tanınmış memarları və dizaynerlərinin iştirakı ilə möhtəşəm qala təqdimat keçiriləcək.

Metbuat.az xəbər verir ki, Vasconi Architectes" memarlıq şirkəti, UNESCO, San Clemente Palace Kempinski otelinin təşkilatçılığı və "Millionaire Concept Network" biznes platformasının tərəfdaşlığı ilə baş tutacaq beynəlxalq tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyasıdır.

"Vasconi Architectes" şirkətinin vitse-prezidenti Ayten Mirzoyevanın sözlərinə görə, tədbirin amalı Beyrut şəhərini qorumaq və inkişaf etdirmək, tarixi abidələri və binaları bərpa etməkdir.

Qeyd edək ki, sözügedən təqdimatda dünyaca tanınmış memar Renzo Piano, dəb dizayneri Zuhair Mourad və digər dünya şöhrətli qonaqlar, eyni zamanda azərbaycanlı tanınmış caz ifaçı Etibar Əsədli də iştirak edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR