x
Loading...

Hulusi Akar Pakistan Prezidenti ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan İslam Respublikasının dövlət başçısı Arif Alvi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar A.Alvini Pakistanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Görüş zamanı ölkələr arasındakı münasibətlər, əməkdaşlıq perspektivləri müzakirə mövzusu olub. Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın pakistanlı həmkarını Türkiyəyə dəvət etməsi mesajını da çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR