"14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük" -

14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük. İlk növbədə Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkürümüzü bildiririk.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğın söndürənlər əllərindən gələnləri edirlər:

"Bu gün Türkiyə bayrağı da dəstək məqsədilə Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR