x
Loading...
.

Qəzaya uğrayan gəmi ikiyə bölündü

Panama bayrağı altında üzən yük gəmisi Yaponiya sahillərində qəzaya uğrayaraq ikiyə bölünüb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, gəminin Filippin və Çin vətəndaşlarından ibarət bütün heyət üzvləri təxliyə edilib.

Hadisə nəticəsində dənizə yanacaq tökülüb. 30 min tondan çox su tutumuna malik olan gəminin bir hissəsi dalğalara qərq olaraq sahildən uzaqlaşıb. Bu da digər gəmilərin hərəkəti üçün böyük təhlükə yaradıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR