Çində saytlar bağlanır

Çində saytlar bağlanır
21:57 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çin arzuedilməz kontenti və icazəsiz yerləşdirilmiş siyasi xəbərləri ilə seçilən 50 veb-sayt və sosial media akkauntunu bağlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, hökumət qurumlarının məqsədi arzuedilməz kontent yayan resurslara qarşı qəti tədbirlər görməkdir.
 
Hakimiyyət orqanları Weixin (ingilis dilində WeChat adlanan) sosial mobil proqramında 17 fərdi səhifə, 24 veb-sayt və saytın 9 kanalını bağlayıblar.
 
Qeyd edilən Weixin akkauntları son iki ay ərzində bağlanılıb. Bundan başqa digər hallar da aşkar edilib. Bu, əsasən dövlət və media adından yanlış məlumatların yayılması, qumar oyunları və ya saxtakarlıqla bağlı xəbərlərin yayılmasıdır.
 
Ötən ilin payızında Çinin kibertəhlükəsizliyə cavabdeh olan qurumu pornoqrafiyaya qarşı kampaniya çərçivəsində sosial şəbəkələrdə və servislərdə 1,8 milyon akkaunt bağlayıb.
 
Ötən il Çin hakimiyyəti onlayn məlumatların nə dərəcədə ziyanlı olduğu haqda 11 milyon hesabat alıb.
 
Noyabr ayında Çinin rəsmi şəxsləri sabitliyi qorumaq üçün internetə nəzarət etməyi tövsiyə ediblər.
 
Heç kim 1,4 milyard əhaliyə və 632 milyon onlayn istifadəçiyə malik olan Çin bazarını itirmək istəmir. Bununla yanaşı, Çin ölkə xaricində Great Firewall adlanan ən mükəmməl onlayn senzura sisteminə malikdir.
 
Bu sistem Twitter, Facebook, YouTube, Instagram, Snapchat və Google kimi sosial mediaları, həmçinin hüquq müdafiəsi mübarizəçiləri qruplarını və bəzi xarici media agentliyini blok edib.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR