x
Loading...

Peyvəndin ilk dozasından 6 həftə sonra qoruyuculuq yaranır - TƏBİB AÇIQLADI

Koronavirus peyvəndinin ilk dozasından 6 həftə keçmədiyi müddətdə koronaya yoluxma təhlükəsi ilə üz-üzəyik.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında TƏBİB rəsmisi, həkim-infeksionist Fərrux Sədirov deyib. O bildirib ki, peyvəndin I dozasını vurduran şəxslər qorunma tədbirlərinə ciddi yanaşmır:
.
"Son aylar müəyyən yumşaldılmara gedildi, amma yumşaldılmaların altında sosial məsafə, maska və əl gigiyenasına riayət olunması şərti ilə bağlı qeydlər var idi. Lakin bu qaydalara riayət olunmur. Təbii ki, kiçik yoluxma ocaqları artaraq daha çox yoluxmaya səbəb ola bilir. Təmasların artmasını yoluxma rəqəmlərinə təsir edən birinci faktor olaraq göstərə bilərik. İkinci faktor Delta ştamının klassik COVİD 19-la müqayisədə daha çox yoluxdurma qabiliyyətinə malik olmasıdır. Digər səbəb isə hələ də vaksin vurdurmayan şəxslərin olmasıdır. Ötən dəfə mətbuat konfransında da deyildi ki, yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır. Yoluxmanın artmasının digər səbəbi isə natamam, yəni birinci dozanı vurdurandan sonra qorunma tədbirlərini yumşaldan şəxslərdir. Xüsusilə qeyd edim ki, birinci dozadan sonra qoruyuculuq praktiki olaraq olmur. İkinci doza peyvənd vurulandan sonra orqanizmimizdə antitel istehsal edilir və koronaya qarşı qoruyuculuq yaranır. Bu gün İlk dozadan və ikinci dozanın ilk 2 həftəsində yoluxanların sayı heç də az deyil, xeyli sayda yoluxma var".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR