x
Loading...
.

"Taliblər" prezident sarayında - VİDEO

Xəbər verdiyimiz kimi, Taliban Əfqanıstanın paytaxtı Kabil şəhərinə daxil olaraq ölkəni ələ keçirib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, prezident Əşrəf Qani də istefa verdikdən sonra təşkilat üzvləri preizdent sarayına gəliblər. Görüntülərdə onların sarayda Quran oxuduqları görünür:

Qeyd edək ki, Taliban Kabildə paytaxtın 11 rayonuna nəzarət edir. ABŞ səfirliyi Kabil hava limanı vasitəsi ilə işçilərin təxliyəsinə başlayıb. Digər Qərb ölkələrindən diplomatlar da ora gətirilir. Fransa, Almaniya, Kanada və bir sıra digər Qərb ölkələri vətəndaşlarını təxliyə etmək üçün hərbi təyyarə göndərəcəklərini bildiriblər.

ABŞ-ın Əfqanıstandakı müvəqqəti işlər vəkili Ross Wilson ölkəni tərk etdb. 60-dan çox ölkə ortaq bir bəyanat yayaraq, Talibanı ölkəni tərk etmək istəyən insanlara icazə verməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR