İlham Əliyev: “Kəlbəcərdə heyvandarlıq bərpa edilib”

“Heyvandarlar da Kəlbəcər yaylaqlarına qayıdıblar. Həm arıçıları, həm də heyvandarlıqla məşğul olanları biz qaytarmışıq. Artıq görürsünüz, onlar məskunlaşıblar. Qoyunları da bax burada otarırlar. Və bu ənənə də bərpa edilib. İşğaldan əvvəl heyvandarlar həmişə bura gəlirdilər”.

Metbuat.az-ın xəbərinə görə, bu sözləri Kəlbəcərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR