Anti-İslam aksiyası ləğv olundu

Anti-İslam aksiyası ləğv olundu
22:05 18 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Drezden polisi şəhərdə bütün növ kütləvi aksiyaları qadağan edib. O cümlədən PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-İslam aksiyasını.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, səbəb mümkün terror aktlarıdır.
 
Məlumata görə, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən "İslam dövləti" qruplaşması dayanır.
 
Radikal islamçıların Parisdə "Charle Hebdo" jurnalında törətdiyi qətliamdan sonra Avropada anti-İslam hərəkatları aktivləşib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR