x
Loading...
.

ABŞ və Taliban arasında "GİZLİ RAZILAŞMA"NIN DETALLARI

ABŞ Milli Təhlükəsizlik Şurasının ƏfqanıstanPakistan üzrə sabiq direktoru, keçmiş FTB agenti Paul D. Miller ABŞ-ın Əfqanıstan siyasətini şərh edib.

Metbuat.az xəbər verir ki, o "dünyanın super gücünün Əfqanıstanda 20 il davam edən əməliyyatlardan sonra fiaskoya uğradı yoxsa Bayden administrasiyası ilə Taliban arasında gizli razılaşma olub sualına belə cavab verib.

"Əslində razılaşma gizli deyil. Tramp Talibanla ötən il müqavilə imzaladı. Razılaşmaya görə, ABŞ 14 ay ərzində Əfqanıstandan çıxmalı idi. Müqaviləyə əsasən Talibanın icra etməsi üçün çox az tələb vardı. Qısaca, Talibanın edəcəyi tək iş lazımı məqamı gözləmək idi. Prezident Bayden də anlaşılmaz bir şəkildə razılaşmaya əməl etmə qərarı verdi. Bayden hakimiyyətə gələn kimi Trampın yürütdüyü siyasətdən imtina etdi. Tək istisna bu məsələdir. Nə üçün belə etdiyini deyə bilmərəm. Amma indiki mənzərənin meydana çıxmasına səbəb oldu. Bəli, bu bir fiaskodur".

GÜLŞƏN RAMAZANLI / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR