"Zirə" belçikalı hücumçu transfer etdi

"Zirə" yeni futbolçu transfer edib.

Metbuat.az xəbər verir ki, klub belçikalı futbolçu Loris Broqno ilə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı hücumçunun son klubu "Birşot" olub. O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

Qeyd edək ki, “Zirə” bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov, Velvis Damakena, Felipe Paxtman, Məhəmməd Hamdui və Gyorqi Stoilovu heyətinə qatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR