x
Loading...

Taliban jurnalistləri "ovlayır" - Əfqanıstandan çıxmaq istəyən reportyorlar ölümlə ÜZ-ÜZƏ

Əfqanıstanın qərbində, Taliban hərəkatının yaraqlıları "Deutsche Welle" (DW) teleradio şirkətinin bir jurnalistinin yaxın qohumunu öldürüb və daha bir qohumunu isə yaralayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilir.

DW rəsmilərinə görə, Taliban artıq Almaniyada olan bir jurnalistin də izinə düşüb. Jurnalistin qalan qohumları son anda qaçmağı bacarıblar və hazırda yaraqlılardan gizlənirlər. Şirkətin baş direktoru Peter Limburg hadisəni qınayaraq Almaniya hökumətini "qəti addım atmağa" çağırıb.

"Bir əməkdaşımızın qohumunun Taliban tərəfindən öldürülməsi, hazırda jurnalistlərin və ailələrinin Əfqanıstanda olmasının nə qədər təhlükəli olduğunu göstərir".

Məktubda ölkəni tərk etmək istəyən işçilərin "təcavüz, həbs, işgəncə və ölüm" ilə üzləşdiyi bildirilir. İmzalayanlar arasında Die Zeit, Der Spiegel , Sərhədsiz Reportyorlar, Süddeutsche Zeitung, Frankfurter Allgemeine Zeitung və başqaları var.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR