x
Loading...

SON DƏQİQƏ: İsrail Hizbullaha raket zərbəsi ENDİRDİ

İsrail Hərbi Hava Qüvvələri Suriya ordusu tərəfində döyüşən şiə Hizbullah birliklərinin silahlılarının olduğu düşərgə və anbarlara - Şam və Homsa hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan " Əl-Hadath" telekanalının verdiyi məlumata görə , Suriyanın paytaxtının qərbində, Kalamoun yüksəkliklərində şiə döyüşçülərinin mövqelərinə bir neçə raket atılıb. Kasiun dağı və Şam yaxınlığındakı Mezza hərbi hava limanında partlayış səsləri eşidilib. İtki və vurulan maddi ziyan barədə məlumat verilməyib.

Quru hədəflərinə raket hücumları Livan hava sahəsindən atılıb. Daha əvvəl bir sıra xəbər saytları İsrail hava qüvvələrinin qonşu Suriyadakı obyektlərə raket zərbəsi endirdiyi zaman hava sahəsindən təyyarə qəbulunu dayandırdığını bildirmişdi, lakin bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmişdi.

SANA agentliyinin hərbi mənbəyə istinadən verdiyi xəbərə görə, "Suriya zenit topçuları raketlərin çoxunu vurub." İlin əvvəlindən bəri İsrail Hərbi Hava Qüvvələri Suriyada 17 raket hücumu həyata keçirib, əsasən Hizbullah bazaları və Şam tərəfində döyüşən digər İranpərəst birləşmələr olmaqla 41 hədəfə zərbələr endirilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR