x
Loading...
.

"Ever Given" gəmisi yenidən Süveyş kanalından keçir

Bu ilin martında qlobal dəniz ticarətini bir həftə ərzində iflic etmiş və 100 gün Misirdə həbs altında saxlanmış Panama bayrağı altında üzən “Ever Given” yük gəmisi yenidən Süveyş kanalından keçir.

Metbuat.az xəbər verir ki, avqustun 19-da Misirin Port-Səid limanına gələn yük gəmisi iki katerin müşayiəti ilə Süveyş kanalına yol alıb. Yaponiya şirkətinə məxsus olan “Ever Given”in qayıtması Misir məhkəməsinin qərarı ilə müəyyən edilmiş cərimənin ödənilməsindən sonra mümkün olub. İlkin mərhələdə şirkətdən 916 milyon dollar tələb edən Misirin Süveyş Kanalı İdarəsinin sonradan bu məbləği 550 milyon dollara endirdiyi iddia edilir. Lakin tərəflər arasında razılaşmanın detalları gizli saxlanılıb və misirli rəsmilər şərtlərdən məmnun qaldıqlarını bəyan ediblər. / Axar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR