Fransada çempionatında dava: Azarkeşlər meydançaya girdi -

Fransa Birinci Liqasının "Nitsa" və "Marsel" komandaları arasında dava səbəbindən oyun yarımçıq qalıb.

Metbuat.az xəbər verir ki, oyun Nitsanın 1-0 üstünlüyü ilə davam edərkən 74-cü dəqiqədə gərginlik birdən-birə yüksəlib. Belə ki, "Marsel"in ulduzu Dimitri Payet "Nitsa" tribunalarından özünə atılan şüşəni yenidən tribunaya atıb. Bunu görən azarkeşlər daha da qəzəblənərək meydançaya giriblər.

Azarkeşlərinin sayının artması ilə təhlükəsizlik işçiləri oyunçuları və hakimləri meydançadan uzaqlaşdırıb. Oyun yarımçıq qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR