x
Loading...
.

Arif Babayevin xəstəlikdən sonrakı YENİ GÖRÜNTÜSÜ - FOTO

Xalq artisti Arif Babayevin xəstəlikdən sonra yeni görüntüsü yayılıb.

Metbuat.az qaynarinfoya istinadla xəbər verir ki, aparıcı Lalə Azərtaş öz rəsmi "Instagram” səhifəsində Xalq artistiylə fotosunu paylaşıb.

Fotoya şərh verən aparıcı bildirib ki, Qaxda onun qonağı olacağına söz verib:

"Gəldim və xalqın sevimli oğlu - Arif Babayevə baş çəkdim. Səhhəti lap yaxşıdır, hamınıza da salamı var”.

Xatırladaq ki, A.Babayev ötən il insult keçirib. Bir müddət əvvəl səhhəti pisləşən A.Babayev müalicə üçün Türkiyəyə aparılmışdı. Hazırda xalq artisti Qaxda dincəlir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR