x
Loading...
.

Avropa Çin üçün metallarla "mübarizə aparacaq"

Avropa Birliyi nadir metallar bazarında Çin şirkətləri ilə rəqabət aparmaq üçün rəqiblərinə dəstək təklif edib.

Metbuat.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu işləri görmək üçün, Avropa firmalarına ucuz maliyyələşmə və daha yüksək xammal xərcləri üçün təzminat veriləcək.

ABŞ, AB və İngiltərə, karbon emissiyalarını azaltmaq və hazırda sektorda üstünlük təşkil edən Çinə olan asılılığı azaltmaq üçün elektrikli avtomobillərdə və külək turbinlərində istifadə olunan super güclü maqnit istehsalını genişləndirmək istəyir. Avropa şirkətləri xammallarının beşdə birinə bərabər subsidiya aldıqları və bu dəstək sayəsində qlobal maqnit bazarının 90 faizini təmin etdikləri üçün Çinli rəqiblərlə mübarizə apara bilməyəcəklərini söyləyirlər.

Qərb Yarımkürəsində yeganə əsas daimi maqnit istehsalçısı olan Alman şirkəti Vacuumschmelze (VAC), Avropada maqnit zavodu inşa etməklə bu sahəni genişləndirməyə hazırlaşır.

"Çin maqnit istehsalçıları əldə edə biləcəyimdən 25 % daha ucuz xammal alırlar" deyə VAC daimi maqnit rəhbəri Bernd Schlide açıqlama verib. Onun sözlərinə görə, düzgün rəqabət sahəsinə nail olmaq üçün AB ya bu boşluğu aradan qaldırmalı, ya da maqnit idxalına görə cərimələri nəzərdən keçirməlidir. "Şəxsən mən birinci varianta üstünlük verərdim" deyə Bernd Schlide qeyd edib.

Avropada daimi maqnit istehsal edən digər üç kiçik istehsalçı olsa da, ABŞ-da sənaye miqyasında belə şirkətlər yoxdur. Çin nadir torpaq metalları bazarında liderliyini qorumaq üçün çox şey etməyə hazırdır. Qeyd edək ki, Avqustun 17 də məlum olub ki, ÇXR hökuməti Əfqanıstan metallarına çıxış əldə etmək üçün Taliban ilə əməkdaşlığa başlaya bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR