Bu il ixtisas seçimi necə aparılmalıdır? -

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 30-dək in­ter­­net vasitəsilə aparılacaq.

Bəs bu il qruplar üzrə vəziyyət necə olacaq?

Bu barədə Metbuat.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev bildirdi ki, əgər doğru seçim edilərsə bütün abituriyentlər tələbə adını qazanacaqdır.


"Qeyd edim ki, I qrup üzrə ballarda qismən artım olacaq. II qrup üzrə vəziyyət keçən il olduğu kimi, bu il də rahat olacaq. Sadəcə seçim zamanı xırda nüansları da diqqətə almaq lazımdır. III qrupda plan yeri artsa da vəziyyət ötən il olduğu kimi biraz gərgin olacaq. Ancaq bildirim ki, plan yeri artmasına baxmayaraq daha diqqətli bir seçim edilməlidir. Bu qrupda da ballar artacaq, əsasən də yüksək bal tələb olunan ixtisaslarda müşahidə olunacaq. IV qrupda tibb sahəsində ballar ötən ilə nisbətdə qalxacaq. Digər ixtisaslarda isə balların artması ciddi şəkildə özünü göstərməyəcək".

Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR