"Kamera qızı"na görə ailə üzvlərinin hamısını öldürdü -

ABŞ-ın Florida ştatında yaşayan 30 yaşlı Qrant Amato porno video izləmə asılılığına görə qatil oldu.

Metbuat.az xairici mediaya istinadən xəbər verir ki, internetdən tez-tez pullu porno videolar alan Amato ailəsinin bu vəziyyəti öyrənməsi nəticəsində pul problemi yaşamağa başlayıb. Əvvəlki kimi video izləyə bilməyən Amato anasını, atasını və qardaşını öldürüb.

Üç qardaşdan ən kiçiyi olan Amato işdən qovulduqdan sonra evə qapanıb, saatlarla komputer qabağında vaxt keçirimiş. Bir müddət keçəndən sonra o, internetdən ödənişli porno filmlər almağa başlayıb. "Kamera qızı" adlandırılan Silviea-ya aşiq olan gənc, hər gün onu izləyə bilmək üçün 2 min 500 dollar pul ödəyirmiş. Artan pul xərcləri ailəsinin diqqətini çəkib və gənc daha ailəsindən pul ala bilməyib.

Qohumlarından 200 min dollar pul oğurlamağı planlaşdırdığını öyrənən gəncin ailəsi onu evdən qovub. Bütün bunlardan qəzəblənən gənc ailəsini öldürməyə qərar verib. O, evə gələrək öncə anası, sonra atasını və qardaşını da başından güllə ilə vuraraq qətlə yetirib.

Hadisə yerindən qaçan Amato polis tərəfindən saxlanılıb. Günahını etiraf edən gəncə görə məhkəmə qərar verib. O, ömürlük həbsə məhkum olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR