Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni -

“Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır”.

Bu açıqlamanı Metbuat.az-a YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov edib. Onun sözlərinə görə, Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.


“Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Mehriban xanım Əliyevanın daxili siyasət sahəsində fəaliyyəti geniş spektirlidir. Bura dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı və sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının- şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s. problemlərinin həlli, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ölkədə ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsi kimi fəaliyyətlər aiddir”.


Cavid Osmaov vurğuladı ki, Mehriban xanımın ictimai-siyasi faliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmaqla bərabər Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır.

“Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin VII qurultayda partiya qarşısında qoyduğu vəzifələr - ölkədə tolerantlıq, multikulturalizm mühitinin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi, beynəlxalq tərəfdaşlığın çoxaldılması, şəffaflığın artırılması, şəhid ailələri, qazilərin problemlərinin hər an diqqət mərkəzində saxlanılması və həlli istiqamətində Mehriban xanım Əliyevanın zəngin təcrübəsindən istifadə ediləcəkdir ki, bu da Yeni Azərbaycan Partiyasının gələcək inkişafına mühüm töhfələr vermiş olacaqdır. Birinci vitse-prezident Mehriban xanımın ƏliyevanınAzərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı haqqında xüsusilə qeyd etmək lazımdır. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Dövlətimizin diqqət mərkəzində olan əsas məsələlərdən biri də şəhid ailələri və qazilərimizin problemlərinin həllidir. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı vardır. Bu istiqamətdə tədbirlər Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilir. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir”.

Cavid Osmanov qeyd etdi ki, Mehriban xanım Əliyeva xarici siyasət sahəsində də geniş fəaliyyəti ilə seçilir. Millət vəkili vurğuladı ki, Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimidünya əhalisinin sağlamlıq, təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi, dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması missiyası, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq, səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətlərində öz xüsusi fəaliyyəti ilə seçilir.


“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Mən Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və xoşbəxtlik, doğma Vətənimizin tərəqqisi yolunda işlərində daha böyük uğurlar arzulayıram”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR