Qazaxıstanda DƏHŞƏTLİ PARTLAYIŞ:

Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın baş verib. Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissədə partlayışdan sonra baş verən yanğının söndürülməsi zamanı 4 nəfər ölüb. Hadisə zamanı yaralıların sayı 90 nəfərə çatıb. Onlardan 49-unun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olduğu bildirilir. Məlumat üçün bildirək ki, partlayışdan əvvəl hərbi hissənin anbarında 500 tondan çox trotil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR