x
Loading...
.

Vətən müharibəsi dövründə diaspor fəaliyyəti və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatının rolu böyükdür. Öncəliklə, qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, diasporlararası əlaqələri genişləndirmək olub.

Müstəqilliyimizdən bu günədək diaspor sahəsindəki inkişafın şahidi olduq. Yaxın keçmişə qayıtsaq, Vətən müharibəsi illərində Azərbaycan diasporunun rolunu gördük.

Azərbaycan diasporu Vətən müharibəsindən öncə də Xocalı soyqırımı kimi qan yaddaşımız olan tariximizin dünya ölkələrinə tanıdılmasında, “Xocalıya ədalət” kimi kampaniyaların təşkilində, erməni yalanlarının ifşasında böyük fəallıq nümayiş etdirib. Müharibə dövründə diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara komitə tərəfindən beş dəfə - 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarixlərində müraciət ünvanlayıb. Komitə tərəfindən edilmiş müraciətlərdə həmvətənlərimizə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırış və xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb. Yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edilib. Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədən uzaq ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumatlandırılan həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilib.

Eyni zamanda müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə (nazir, kansler, ombudsman), Xarici İşlər Nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, NATO, ATƏT, Qırmızı Xaç və digər beynəlxalq təşkilatlara bəyanat, məktub və müraciətlər ünvanlanıb. Bundan başqa dünyanın müxtəlif ölkələrində Qarabağa dəstək kampaniyaları, tədbirləri, aksiyaları və yürüşlər keçirilib.

Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Onu da qeyd edək ki, komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən 355 məqalə hazırlanaraq 43 ölkənin müxtəlif qəzet və saytlarında 26 dildə ictimaiyyətə təqdim edilib.

Yaxşı təşkilatlanmış diaspor təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul olurlar. Cari ildə Azərbaycan diasporu lobbi fəaliyyəti ilə bağlı 21 tədbir reallaşdırıb. Onların içərsinində Vətən müharibəsi dövründə təşkil olunan tədbirlər yer tutur. Niderland parlamentində Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsinin tələb edilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin və "Timberwolf Phoenix" media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil ounması vəya müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirakı ilə Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən dünya jurnalistlərini bir araya gətirmək, beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmaq buna misaldır.

Azərbaycan diasporu vahid qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı  - Ekspert

Müharibə dövründə təkcə Azərbaycanda yaşayan azərbaycanlılar yox, dünyanın bir çox ölkələrinə səpələnən 50 milyondan çox azərbaycanlı soydaşlarımız da bir yumruq kimi birləşərək dövlətimizə, ordumuza dəstək olmuş, ermənilərə "dəmir yumruq" kimi cavab veriblər. Ermənilərlərlə üz-üzə dayanan xaricdə yaşayan soydaşlarımız təkcə sayları ilə deyil, göstərdikləri fəallıqları ilə erməni diasporundan üstün olublar. Bununla da bitmir. Ermənilərin bu narahatlığı qarşıdakı dövr ərzində bir qədər də artacaq. Azərbaycan diasporu Türkiyə və dünya ölkələrinin icması ilə əməkdaşlıq çərçivəsində nüfuz dairəsini genişləndirir, Ermənistan isə hərb meydanında olduğu kimi beynəlxalq arenadakı savaşda da Azərbaycana daha böyük fərqlə məğlub olmaqda davam edir.

Erməni diasporu Modern.az-ın yazdıqlarını TƏSDİQLƏDİ: Azərbaycan diasporu  bizi üstələyir - Modern.Az Azərbaycan və dünya xəbərləri

Qeyd edək ki, 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəddir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan yardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb.

Gülər Seymurqızı / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR