x
Loading...

Ballıqaya faciəsindən 29 il ötdü

Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırımı siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başlayıb. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı ilə davam edib.

Metbuat.az xəbər verir ki, insanlığa sığmayan bu dəhşətlərdən sonra Goranboyun Ballıqaya yaylağında da faciə - laçınlılara qarşı törədilən 28 avqust Ballıqaya faciəsi baş verdi.

1992-ci ilin 28 avqust tarixində səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub, atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid olub. Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib.

Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

Unutmayaq ki, 27 Sentyabrda Azərbaycan xalqının dəmir yumruğu ermənilərin bütün vəhşiliklərinin qisasını aldı. Düşmənə isə arxaya belə baxmadan papaqlarını da atıb qaçmaq qaldı.

Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini hörmətlə anırıq.

Qisası alınan Ballıqaya faciəsi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR