Bunları yeyib həm sağlam,

Son vaxtla insanlar evdə çox vaxt keçirirlər. Buna görə də çox yeyib, artıq çəki almaq hallarına tez-tez rast gəlinir. Hərəkətsiz qaldıqda, sağlam qidalanmaq lazımdır.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, evdə oturan zaman ürəyiniz çox yemək istəyirsə, çalışın yüngül vasitələrlə iştahınızı öldürün.

Tərkibində lif olan qidalara üstünlük vermək lazımdır. Bu cür qidalar artıq çəkidən xilas etməklə yanaşı, bir çox xəstəlikləri də aradan qaldıracaq. Eyni zamanda xolesterini də azaldır. Orqanizmdə yağı parçalayır. Eyni zamanda ürək problemlərini 9 faiz azaldır.

Hər gün 7 qram lifli qidalar yemək insult keçirmə riskini 7 faiz azaldır. Eyni zamanda qarışıq pəhriz yeməkləri əvəzinə, çalışın lifli vasitələrə üstünlük verin.

Bəs lif hansı qidaların tərkibində var?

Yaşıl fıstıq, badam liflə zəngindir. Portağal meyvəsi və əncir qurusu da sizin sağlam arıqlamağınıza yardım edəcək. Kako, enginar, bulqur, qarğıdalı, şirin kartof, yulaf, brokolli, banan tərkibi liflə zəngin olanlardandır. Nar, alma, lobya da pəhriz siyahınızda mütləq yer almalıdır. Avakado isə arıqlayan zaman orqanizminizdən itən vitaminləri geri qaytaracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR