Polisin 14 yaşlı oğlu ailəsini QƏTL ETDİ:

Türkiyədə 14 yaşlı oğlan polis məmuru atasının tapançası ilə, anasını, nənəsini və qardaşını öldürüb.

Metbuat.az xəbər verir ki, iddialara görə, 14 yaşlı oğlan ilə ailəsi arasında fındıq bağına getmək məsələsi ilə bağlı müzakirələr başlayıb. Ağılsızlıq edən uşaq, polis əməkdaşı olan atasının silahını alıb, ailəsinə atəş açıb. Hadisə nəticəsində ana, nənə və böyük qardaş həyatını itirib, polis əməkdaşı olan ata ağır yaralanıb.

Fakt ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR