x
Loading...

Kəlbəcərdə 3 tona yaxın çətənə kolu məhv edilib

Kəlbəcərdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib.

Əməliyyat nəticəsində rayonun Zar kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 17985 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR