x
Loading...
.

“Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz” - Ərdoğan

Türkiyə Əfqanıstanın tezliklə bərpa olunmasının tərəfdarıdır və bu prosesdə hərtərəfli dəstəyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina səfərindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarəsində jurnalistlərlə söhbətləşərkən bildirib.

“Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz. Ölkə əhalisinin sayı 40 milyona yaxındır. Bu, böyük ölkədir. Ankara Əfqanıstanda birliyi və bərabərliyi hər vasitə ilə dəstəkləməyə hazırdır. Əsas odur ki, Əfqanıstanda da eyni mövqe tutsunlar”, - türkiyəli lider deyib.

Ərdoğan Türkiyənin Kabildəki səfirliyinin işi ilə bağlı bütün mümkün ssenarilərin olduğu təqdirdə alternativ planların olduğunu da bəyan edib.

“Personalımızın təhlükəsizliyi bizim üçün prioritetdir”, - Prezident vurğulayıb.

Ərdoğanın sözlərinə görə, diplomatik missiya iki həftə fəaliyyətini müvəqqəti olaraq Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ərazisində davam etdirib.

“Bir gün əvvəl heyət şəhərin mərkəzindəki səfirliyin binasına qayıtıb və işini burada davam etdirib. Diplomatik missiyanın fəaliyyətini hələlik bu yolla dəstəkləməyi planlaşdırırıq. Əfqanıstan paytaxtında təhlükəsizliklə bağlı vəziyyətdən asılı olaraq planlar daim dəyişir”, - deyə Ərdoğan bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR