Ərəb şeyxləri stadionda “ağıllı” sistem tətbiq edəcək (FOTO)

Ərəb şeyxləri stadionda “ağıllı” sistem tətbiq edəcək (FOTO)
22:31 18 Yanvar 2015
380 İdman
Ölkə mətbuatı
A- A+

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı möhtəşəm stadionun tikintisi planlaşdırılır.

Sadionda oyunu 40 min tamaşaçı izləyə biləcək. Çempionatdan sonra isə stadionun yuxarı oturacaqlarının demontajı nəzərdə tutulur ki, bu da idman qurğusunun 25 min yerədək azaldılması deməkdir.

Layihəyə əsasən, tamaşaçı və oyunçuların komfort şəraitinin təmin olunması məqsədilə havanı sərinləşdirən “ağıllı” sistem tətbiq ediləcək. Bundan əlavə, obyektdə suyun təkrar istifadəsi üçün xüsusi qurğular quraşdırılacaq və günəş enerjisindən alternativ enerji mənbəyi kimi istifadə olunacaq.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR