Ceyhun Bayramov Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni 30 Avqust – Zəfər bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, C. Bayramov bu barədə “Twitter”də paylaşım edib.

“Qızıl hərflərlə türk tarixinə yazılan, Qazi Mustafa Kamal Atatürkün başçılığı altında Türkiyə Ordusunun yazdığı qəhrəmanlıq dastanı – 30 Avqust Zəfərinin 99-cu ildönümündə can və qan qardaşlarımızı təbrik edirik. 30 Avqust - Zəfər Bayramın Kutlu Olsun, Türkiyə! Bir Millət, İki Dövlət”, - deyə nazir qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR