Azərbaycan klublarının son 10 ildə transferlərə xərclədiyi məbləğ

FİFA son 10 ilin (2011-20) transfer hesabatını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan klubları 10 ildə 582 beynəlxalq transfer gerçəkləşdirib və bu oyunçu keçidlərinə 12,9 milyon dollar xərcləyib.

Ümumi transfer sayı isə 840-a bərabər olub. Bunlara isə ümumilikdə 13,7 milyon dollar xərclənib. Siyahıya İngiltərə başçılıq edir. Futbolun yaradıcıları 6470 beynəlxalq transferə 12 milyard 417,6 milyon xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR