Xoşqədəmin əri ölümdən döndü:

Ailəsi ilə birlikdə Antalyada istirahət edən müğənni Doğuş ölüm təhlükəsi yaşayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni oksigen balonsuz suyun dərinliyinə enib, uzun müddət orada qalıb. İcazə verilən müddətdən artıq suda qaldığını hiss edən kapitan dərhal suya atılıb və onu qayığa çıxararaq həyatını xilas edib. Xəstəxanaya aparılan müğənniyə kapitanın müdaxiləsi olmasaymış həyatını itirə biləcəyi söylənilib.

Müğənninin həkimi "Kapitan bir dəqiqə geciksəydi, hətta ölümlə nəticələnə bilərdi" - deyə bildirib.

Qeyd edək ki, Türkiyənin məşhur müğənnisi Doğuş tanınmış telejurnalisti Xoşqədəm Hidayətqızı ilə evlidir. Onların iki əkiz oğlu var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR