BAK qanlı Yanvar faciəsi ilə bağlı Avropa Parlamentinin deputatlarına müraciət ünvanlayıb

22:38 18 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Mejev, 18 yanvar, AzərTAc
Əsas mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) ölkəmizin tarixinin qara səhifələrindən birini təşkil edən Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinin sədri Matrin Şultsa, Avropa Komissiyasının sədri Jan-Klod Yunkersə, Avropa İttifaqı Şurasnın prezidenti Donald Fransizek Tuska və parlamentin 751 deputatına müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq məqsədilə Sovet İttifaqı rəhbərlərinin göstərişi ilə təpədən dırnağa kimi müasir silahlarla silahlanmış Sovet ordusu 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə bir neçə tərəfdən Bakı şəhərinə soxularaq dinc və silahsız əhaliyə qarşı XX əsrdə görünməyən vəhşiliyə əl atmışdır.
Sərxoş vəziyyətdə paytaxta soxulan hərbiçilər açdıqları atəşlə yüzlərlə insanı qətlə yetirib, yaralayıblar.
Amma nədənsə daim demokratiyadan danışan, özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən, qanunların aliliyini şüar edən Avropa ölkələri bu qanlı faciəyə heç bir reaksiya vermədilər. Bu, əlbəttə, təəssüf hissi doğurmaya bilməz.
BAK Avropa təsisatlarına göndərdiyi müraciətin sonunda 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsini, hadisə ilə bağlı tarixi faktların ortaya qoyulmasını tələb edib.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Mejev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BAK_qanli_Yanvar_faciesi_ile_bagli_Avropa_Parlamentinin_deputatlarina_muraciet_unvanlayib-825659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR