Mükafat yoxsa rüşvət? -

Rusiya prezidenti Vladimir Putinin hərbçi və polislərə pul mükafatları verməsi barədə sərəncam imzalaması birmənalı qarşılanmayıb.

Metbuat.az xəbər verir ki, müxalifət partiyaları Putinin addımını “seçki rüşvəti” adlandırıb. Müxalifətçilər addımın sentyabrın 19-da Dumaya keçiriləcək seçkilərdən əvvəl atılmasına diqqət çəkib.

Qeyd edək ki, sərəncama görə, hərbçi və polislərin sosial ehtiyaclarının qarşılanması üçün bir dəfə olmaqla onlara 15 min rubl pul mükafatı veriləcək.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR