Bakıda işləmək üçün evdən çıxdı, itkin düşdü -

iki ay öncə Şirvandan Bakıya gəlmək üçün evdən çıxan şəxs itkin düşüb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Şirvan şəhər sakini, 53 yaşlı İslam Zeynalov iyunun 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarını rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bakıda işləmək üçün evdən çıxdı, itkin düşdü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR