Bu gün məktəblərin açılması ilə bağlı brifinq olacaq? -

Bu gün saat 17:00-da təhsil naziri Emin Əmrullayevin brifinq keçirəcəyi barədə mediada məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, brifinq zamanı məktəblərin açılması ilə bağlı qərarların elan ediləcəyi bildirilir.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

"Bu gün üçün Təhsil Nazirliyi hər hansı brifinq planlaşdırmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR