Göygöldə avtomobil aşıb, sürücü ölüb

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR