"Qaçqınkom" məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Bu barədə Metbuat.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bu dəfəki videoçarxda Ağdam rayon sakini Nicat Cəlilov danışır.

"Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinlərinin möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər",- məlumatda bildirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR