Tokio-2020-də maraqlı evlilik təklifi -

Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparan qadın para-atlet Keula Nidreyya maraqlı evlilik təklifi alıb.

Metbuat.az xəbər verir ki, görmə məhdudiyyətli atlet 200 metr məsafəyə qaçışdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Kabo-Verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR