İsrail qırıcıları iranlı hərbçilərin olduğu mərkəzi bombaladı -

İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşq ətrafını bombalayıb.

Metbuat.az xəbər verir ki, hücum zamanı şiddətli partlayışlar baş verib. Bildirilir ki, İsrail qırıcıları hücumu Livanın hava məkanından təşkil edib. Hədəfdə Cemeyre elmi araşdırma mərkəzindəki rejim qüvvələri və iranlı hərbçilərin mövqeləri olub.

Fəsadlar barədə rəsmi məlumat olmasa da ölənlərin olduğu bildirilir. Mərmilərin bir çoxu müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR