Dünyanın ƏN QƏRİBƏ müharibəsi:

Dövlətlər bəzən münaqişələri sülh yolu ilə həll edə bilirlər. Bəzən də olduqca bənzərsiz, ilk baxışdan çox qəribə yollarla. Məsələn, Kanada ilə Danimarka arasında 1984-cü ildən bəri yaşanan ərazi münaqişəsi kimi.

Metbuat.az xəbər verir ki, bu iki dövlət Kiçik Hans adasını bölmək istəsələr də buna nail ola bilmir. İllərdir ada uğrunda "mədəni müharibə" gedir.

İldə bir neçə dəfə Kanada Donanması adaya girir, Kanada bayrağını qaldırır, danimarkalıların istehsal etdiyi güclü içkilərini mənimsəyir, tost deyir, sonra ayrılırlar. Bir qədər sonra danimarkalılar adaya girib bayraqlarını qaldırır və içkilərdən içirlər. Onlar da kanadalılar üçün tədarüklər qoyub gedirlər. Ənənəvi olaraq, danimarkalılar qəlyanaltı, kanadalılar da viski tədürükü edirlər.

Qeyd edək ki, Hans adası Nares boğazının tərkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən elədə böyük olmayan adadır. Adanın uzunluğu 1290 m, eni 1199 metr təşkil edir. Sahəsi 1,3 km²-dir. Hans adası Kennedi boğazında yerləşən ən balaca adadır. Bu hissədə boğazın eni 35 km-dir. Ada Danimarka və Kanadanın ərazi sularında yerləşir.

Görünən odur ki, ada XIV əsrdən İnuitlərin ov yeri olmuşdur. Adaya Danimarka və Kanada iddia edir. Qrenlandiya və Danimarka arasında olan anlaşmaya görə ikincisi daxili məsələlərin bəzisini və sərhəd mübahisələrinə nəzarət edir. 1984-cü ildən adada "alicənab müharibə" aparılır. Kanada və Danimarka ada mövzusunda fikir ayrılığına davam etsələr də, Hans Adasının iki ölkə arasında ortaq bir ərazi olmasına nəzərdə tutan danışıqlar davam edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR