Tanınmış həkim əhaliyə MÜRACİƏT ETDİ:

"Bu dalğa da diğərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq , hadisəyə münasibətimiz hər zaman xatırlanacaq".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı MM Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Rəşad Mahmudov edib.

Virusun müalicəsində bu dərmanların istifadəsi CİNAYƏTDİR -

"Bu xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, vaxtaşırı dalğalar başlayır. Hazırda zərərverici bir dalğanın tam ortasındayıq. Ancaq hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var. Təcrübə göstərir ki, ortalama 6 həftəlik müddət içərisində yüksəlmələr, sonra enişlər olur".

O qeyd edib ki, səhiyyəmiz çox çətin bir sınaqdan keçir. Xüsusən evlərdə ilk günlərdən dexametazon, metipred, prednol-L, antibiyotiklər, sistemlər yazan infeksiyonist, terapevt və pulmunoloqlar bu işdə bizə daha çox kömək etməlidirlər.

"Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var. Siz izah edin xahiş edirəm. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanlarla evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir. Halbuki, doğru tibbi taktika qumaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməkleə (sosyal şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR