Azərbaycanın şərtləri qəbul edilməsə, Türkiyə Ermənistanla sərhədləri

"Ermənistanla Türkiyə arasındakı sərhəd Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən uzun müddətdir bağlı qalıb. 44 günlük müharibədən sonra sərhədin açılması üçün əsaslar ortaya çıxır. Azərbaycanın başının üstündən belə bir proses reallaşması inandırıcı görünmür. Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsi buna imkan vermir".

Bu açıqlamanı Metbuat.az-a politoloq Yeganə Hacıyeva edib. Siyasi şərhçi bildirdi ki, bu istiqamətdə Türkiyə Prezidenti bir neçə dəfə mesajlar verdiyinin də şahidi olmuşuq və bu mesajlar Ermənistanın sülhməramlı yanaşması ilə mövcud problemlər aradan qaldırıla bilər kimi səslənib.


"Azərbaycan Prezidenti də Ermənistanın blokadadan çıxa biləcəyinin mümkünlüyü ilə bağlı bir neçə dəfə fikirlərini ifadə edib, Ermənistana mövcud şəraitdən yararlanmağı məsləhət görüb. Təəssüflər olsun ki, biz bu müraciətlərin fonunda Ermənistan tərəfdən hər hansı bir əməli addım görməmişik. Yalnız müstəqil ekspertlər bunun mümkünlüyü barədə danışır. Bəli, hər iki ölkədə bunu istəyənlər var. Bundan istifadə edib, iki qardaş ölkənin münasibətlərini korlamağa çalışanlar var. Hesab edirəm ki, bu, Ermənistan 10 noyabrda üzərinə götürdüyü öhdəliklərə tam əməl edəcəyi təqdirdə mümkün ola bilər".

Politoloq qeyd etdi ki, Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova da hətta bu prosesə öz vasitəçiliklərini də təklif edir. M.Zaxarova qeyd edib ki, Rusiya indi də iki qonşu ölkənin - Türkiyə və Ermənistanın qarşılıqlı hörmət və bir-birinin maraqlarını nəzərə almaqla yaxınlaşması üçün hər cür kömək etməyə hazırdır. Ankara ilə İrəvan arasında bir müddət öncə müsbət siqnal mübadiləsini gördük. Rusiya hər zaman Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olub.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR