Bakıda iki maşın toqquşdu -

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Pirallahı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri N.Qasımovun idarə etdiyi “Mercedes” və Fərman Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində F.Məmmədov hadisə yerində ölüb, N.Qasımovun 3 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR