ABŞ-dan yeni sanksiya: İran xəbərdarlıq etdi

ABŞ Maliyyə Nazirliyi İranın daha dörd vətəndaşının adını sanksiyalar siyahısına daxil edib.

Metbuat.az xəbər verir ki, "qara siyahı"ya düşən şəxslər terror təşkilatları ilə əlaqədə ittiham edilir.

Məsələyə münasibət bildirən İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Səid Xətibzadə rəsmi Vaşinqtonu tənqid edib. O deyib ki, ABŞ-ın yeni administrasiyası köhnə adətləri davam etdirir. Onun sözlərinə görə, ABŞ sanksiyaları genişləndirməyə və uzatmağa çalışır.

S.Xətibzadə ABŞ-ı sanksiyalar siyasətindən əl çəkməyə və rəsmi Tehrana hörmətlə yanaşmağa çağırıb. XİN rəsmisi onu da diqqətə çatdırıb ki, sanksiyaları artırmaqla ABŞ İran xalqının müqavimətindən başqa heç nə əldə edə bilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR