Yevlaxda toqquşan avtomobillərdən biri yanıb, sürücü və atası ağır yaralanıb, anası isə yanaraq ölüb

Yevlaxda toqquşan avtomobillərdən biri yanıb, sürücü və atası ağır yaralanıb, anası isə yanaraq ölüb
22:57 18 Yanvar 2015
285 Digər
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 22:50 ]

Yevlax. Elvin Yaqubov - APA. Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

 

Aran qəsəbəsi istiqamətində hərəkətdə olan 10-RM-332 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 22-BJ-603 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.

 

Toqquşma zamanı “VAZ-2107” markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası Həsənova Naibə Musa qızı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

 

Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Həsənov Allahverdi Qədim oğlu və atası Həsənov Qədim Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR