Şərqşünas alimin məqaləsi İranda çap olundu

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 8 aprel 1992-ci il Ağdaban soyqrımı ilə bağlı məqaləsi İran İslam Respublikasında nəşr edilən "Xudafərin" jurnalının növbəti sayında dərc olunub.

Bu barədə Metbuat.az-a açıqlama verən Sübhan Talıblı bildirdi ki, məqalədə 1992-ci il aprel 8-də Ermənistan silahlı birləşmələrinin Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban kəndində törətdikləri soyqırımdan bəhs edilir.

"Qeyd edilir ki, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni qüvvələri tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR