Azərbaycanda oğul gündüz atasını dəfn etdi, axşam analığına təcavüz etdi -

Ağstafa rayonunda 1994-cü il təvəllüdlü Fərhad yaşadığı evdə analığı Nərminə (adlar şərti verilib – red.) təcavüz edib.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, Fərhad 16 avqust 2020-ci ildə saat 20 radələrində Dağkəsəmən kəndində analığı Nərminin evdə tək olmasından istifadə edərək onunla cinsi əlaqəyə girmək niyyətinə düşüb.

O, qadına güc tətbiq edərək onu çarpayıya uzadıb, zor tətbiq etməklə onunla cinsi əlaqədə olmaq istəyib. Nərminin yalvarışlarına və müqavimət göstərməsinə məhəl qoymayaraq cinsi əlaqədə olub.

“Atam çoban olub”

İstintaq orqanı tərəfindən Fərhad barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, doğma anası Sevda o, azyaşlı olanda rəhmətə gedib: “Atam Ağstafa rayonu Dağkəsəmən kəndində Nərmin adlı qadınla ailə qurdu. Atam çoban idi, işi ilə əlaqədar müxtəlif yerlərdə qalmışıq. 1999-cu ildən etibarən Dağkəsəmən kəndində Nərminin evində yaşayırdıq”.

“Analığımla mübahisəmiz oldu”

Təqsirləndirilən şəxsin sözlərinə görə, atası xərçəng xəstəsi olub: “Aram 16 avqust 2020-ci ildə səhər saat 8 radələrində rəhmətə getdi. Vüsal və Şəadət adlı şəxslərin heyvanlarına çobanlıq etdiyim üçün həmin gün səhər tezdən saat 6-da evdən çıxmışdım.

Saat 8 radələrində qonşumuz Qulu adı şəxs zəng vurdu, atamın rəhmətə getdiyini dedi. Heyvanları evimizin yaxınlığındakı yatağa gətirdim.Həmin gün analığım Nərminlə atamın dəfni məsələsi ilə bağlı mübahisələrimiz oldu”.

“Məndə cinsi istək baş qaldırdı”

Fərhad qeyd edib ki, atası həmin gün səhər saatlarında rəhmətə getsə də, günortaya yaxın olmasına baxmayaraq qəbir qazılmayıb: “Nərmindən nə üçün qəbir qazmağı təşkil etmədiyini soruşdum. Bunun üstündə mübahisə elədik. Lakin sonra sakitləşdim.

Aramızda mübahisə olarkən Sofu adlı şəxs məni araladı, sakitləşdirdi. Həmin gün atamı dəfn etdik. Günortadan sonra Qazax rayon mərkəzi bazarına getdim. Dəfn mərasimi üçün atamın şəklini çıxartdırdım. Bazarda olarkən orada orta yaşlı qadın gördüm. Bundan sonra məndə cinsi istək baş qaldırdı. Elə həmin vaxt evə gedərək analığımla cinsi əlaqədə olmağı qərara aldım”.

“Analığıma inandım”

Fərhadın ifadəsinə görə, axşam hava qaralana yaxın evə gəlib: “Nərmin evdə tək idi. Evə gələndən sonra Nərminin üstünə cumdum, onu içəridəki yatağın üzərinə uzatdım. Alt paltarını əynindən sürüşdürərək çıxardım, özüm də köynəyimi soyundum. Nərmin ayaqlarını birləşdirsə də, əllərimlə ayaqlarını araladım, onunla cinsi əlaqədə olmağa başladım.

Nərmin özünün təbii ehtiyacının olduğunu, çölə çıxaraq təbii ehtiyacını ödədikdən sonra yenidən qayıdacağını dedi. Mən də ona inandım, buna icazə verdim. Çölə çıxdıqdan sonra o, qaçaraq həyətdəki dama girdi. Onun qaçdığını gördüm, arxasınca düşdüm. Girdiyi damın qapısını açmaq istəsəm də, Nərmin qapını arxadan sıxaraq saxladı. Mən evə qayıtdım”.

Fərhad bildirib ki, bir müddət sonra yenidən qayıdıb, damın qapısını döyüb və artıq hərəkətinə görə peşman olub. O, həmin vaxtı analığından üzr istəyib və evə qayıdıb.

Fərhadın sözlərinə görə, evə qayıdandan sonra yuxusu gəldiyi üçün yatıb, bir neçə saat sonra polislər gələrək onu aparıblar. Fərhad ifadəsinin sonunda törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirib.

“Ana kimi qayğı göstərmişəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nərminin sözlərinə görə, Qazax rayonunun Çaylı kənd sakini İsmayılla 1999-cu ildə mayın 31-də ailə həyatı qurub, bundan sonra onlar bir müddət Çaylı kəndində yaşayıblar: “Rəsmi olaraq heç yerdə işləməsək də, çobanlıq edərək güzəranlarımızı təmin etmişik. İsmayıldan əvvəl bir dəfə 5 aylıq ailəli olmuşam. İsmayılın da məndən əvvəlki ailəsindən 2 uşağı olub.

Böyük uşağı 2019-cu il avqustun 29-da rəhmətə getdi. İsmayılın 2-ci uşağı Fərhad bizimlə birlikdə yaşadı. Həmin ailəyə gəlin gələndən Fərhada ana kimi qayğı göstərmişəm, ona qulluq etmişəm.

Böyük uşaq rəhmətə getdikdən sonra yoldaşım İsmayılın bədənində xərçəng xəstəliyi yaranmağa başladı. Gəncə şəhərində onkoloji xəstəliyi ilə bağlı müalicə olundu. Son vaxtlarda yaddaşını da itirdi”.

“Meyitinin yuyulduğu yerdə şam yandırdıq”

Nərmin bildirib ki, İsmayıl həmin xəstəlikdən dolayı 16 avqust 2020-ci ildə, səhər saat 8 radələrində rəhmətə gedib: “Həmin gün Fərhad mənimlə mübahisə edərək nə üçün qəbir çuxuru qazdırmadığımı dedi, məni vurmaq istədikdə, qonşumuz Sofu adlı şəxs onun qabağına keçərək mane oldu.

Qohumlarımla köməkləşərək İsmayılı dəfn etdik. Günortadan sonra qonaqlar dağılışdılar. Fərhad bazara atasının yas mərasimi üçün şəkil çıxartdırmağa getdi. Bu məqsədlə Fərhada 21 manat verdim. Həmin gün axşam saat 20 radələrində Fərhad evə qayıtdı. Həmin vaxt evdə tək idim. Fərhad evə gəldikdən sonra İsmayılın meyitinin yuyulduğu yerdə adətə görə şam yandırdıq”.

“Mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi”

Zərərçəkmişin ifadəsinə görə, daha sonra divanda yarımuzanıqlı vəziyyətdə divanın söykənəcəyinə yastılanaraq dayanıb: “Fərhad evə daxil olduqdan sonra mənə yaxınlaşdı və başımı ovxalamaq istədiyini dedi. Əli ilə başımı sığalladıqdan sonra belimdən tutdu, divandan ayağa qaldırdı.

Ayaqüstə belimdən tutaraq sürükləyib həmin otaqda qarşı tərəfdə olan yatağın üstünə arxam üstə uzatdı. Fərhad atasının öldüyünü, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Yaşlı qadın olduğumu, belə hərəkətin mənə yaraşmadığını dedim”.

“Zorlanan vaxt Fərhadı aldatdım”

Nərminin sözlərinə görə, Fərhad onun donunun ətəyini yuxarı qaldırıb, özü də köynəyini çıxardaraq soyunub: “Fərhad cinsi əlaqədə olmaq istəyəndə əlimlə ona müqavimət göstərmək istəsəm də, gücüm çatmadı. Bizim evinin yaxın ətrafında qalan olmadığı üçün qışqırmağın da faydası olmayacağını bildim. Fərhadı daha da qıcıqlandırmamaq üçün qışqırmadım. Zorlanan vaxt Fərhadı aldadaraq əlindən qurtulmaq üçün yalandan təbii ehtiyacımın olduğunu, çölə çıxaraq təbii ehtiyacımı ödədikdən sonra yenidən qayıdacağımı dedim.

Fərhadın altından çıxdım, birbaşa çölə getdim. Evlə təxminən 20-30 metr məsafədə yerləşən dama girdim. Damın qapısı dəmir materialdandı və içəriyə doğru açılır. Tez içəri keçdim, Fərhad arxamca içəriyə girə bilməsin deyə qapını arxadan sıxaraq saxladım. Fərhad gələrək qapını itələyib açmaq istədi. Amma aça bilmədi”.

“Polislər gələnə qədər damda qaldım”

Nərminin sözlərinə görə, daha sonra Fərhad qapını bir müddət təpikləyib və sonra oradan gedib: “Qorxumdan qapının arxasından kənara çəkilə bilmədim. Cibimdə qalmış əl telefonumu götürərək 102-ə zəng etdim, hadisə barəsində məlumat verdim. Polislər gələnə qədər damda qaldım.

Polis gələnə qədər Fərhad yenidən qapını açmağımı istədi. Qapının arxasından atasının artıq öldüyünü, onunla yaşamağımı söylədi. Sonra isə məni aldadaraq çölə çıxarmaq üçün üzrxahlıq etdi. Fərhadın sözünə aldanmadım, qapını boşlamadım. Fərhad yenidən çıxaraq getdi. Yalnız polislər gəldikdən sonra oradan çıxdım”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərhad 5 il müddətinə azadlıqdan məhrum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR