Şenol Günəşə istefa çağırışı

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşin vəzifəsindən göndərilməsi ilə bağlı xəbərlər Türkiyə gündəmini zəbt edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Günəşin DÇ-2022-nin seçmə mərhələsində Niderlanda böyük hesablı məğlubiyyətə görə (1:6) vəzifəsindən göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, 2019 -cu ilin mart ayından millini çalışdıran Şenol Günəşin müqaviləsi 2022 -ci ilin iyununda bitəcək. Şenol Günəşin rəhbərliyi altında 82 oyun keçirilib. Bu görüşlərin 38 - də qalib gələn milli komanda 23 dəfə heç -heçə edib və 21 məğlubiyyət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR